Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir
İqtisadiyyat
19.11.2025 09:31
Bu gün Bakıda IX Beynəlxalq Bankçılıq Forumu işinə başlayıb.
TodayPress TV “APA-Economics”ə istinadən xəbər verir ki, tədbir “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusuna həsr olunub və bank sektorunun nağdsız iqtisadiyyata keçid, rəqəmsal transformasiya və yeni maliyyə texnologiyaları üzrə trendlərini müzakirə edir. Forumda hökumət qurumlarının, tənzimləyicilərin, kommersiya banklarının, fintex şirkətlərinin və beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edir.
Panel müzakirələri sektorun dayanıqlığı, innovativ xidmətlər və məlumat ekosisteminin inkişafına fokuslanıb.
Qeyd edək ki, Forum noyabrın 20-də kibertəhlükəsizlik, rəqəmsal fırıldaqçılığın qarşısının alınması, analitikaya əsaslanan kreditləşmə və kapital bazarlarının yeni imkanları mövzuları ilə davam edəcək.
tag: IX Beynəlxalq Bankçılıq Forumu,Bank,Tədbir ,Nağdsız iqtisadiyyat ,Todaypress.tv,
