Zidanın oğlu mundialdan kənar qala bilər!
İdman
28.04.2026 14:04
Luka Zidan Dünya çempionatına təxminən bir ay yarım qalmış ciddi zədə alıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Qranada” və “Almeriya” arasında İspaniya Segunda Divizionunun XXXVII tur matçında (2:4) çıxış edən qolkiper kəllə-beyin silkələnməsi və çənə sınığı diaqnozu ilə oyunu yarımçıq tərk edib.
Tibbi müayinələr Zidanın təkcə kəllə-beyin travması deyil, həm də çənə sınığı yaşadığını təsdiqləyib.
27 yaşlı qolkiperin bərpa müddəti ilə bağlı dəqiq tarix açıqlanmayıb.
Əlcəzair yığma komandasının üzvü olan Luka Zidan əvvəllər Fransa millisində çıxış edib, daha sonra isə idman vətəndaşlığını dəyişərək Əlcəzair yığmasını seçib.
O, məşhur futbol əfsanəsi Zinəddin Zidanın oğludur.
Qeyd edək ki, Əlcəzair millisi DÇ-2026-nın qrup mərhələsində Argentina, Avstriya və İordaniya komandaları ilə qarşılaşacaq.
Namiq HUN
tag: Luka Zidan,Qranada,Almeriya,Zədə,Todaypress.tv,
