Ya titul, ya vida? Fernandeşdən “Mançester Yunayted”ə ultimatum
İdman
31.01.2026 14:26
“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Brunu Fernandeş cari mövsümün sonunadək kluba “son şans” verdiyini bildirib.
TodayPress TV The Touchline nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu klubla davamlı mübarizədən və “demək olar ki, heç nə uğrunda” oynamaqdan yorulub.
Bununla belə, Fernandeş “qırmızı şeytanlar”la birlikdə titul qazanmağı arzulayır.
Daha əvvəl KİV-də yer alan xəbərlərə görə, qış transfer pəncərəsində Fernandeş öz xidmətlərini Madrid “Real”ına təklif etsə də, ispan klubu bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Brunu Fernandeş 2020-ci ilin qışından etibarən “Mançester Yunayted”in formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə 22 oyunda iştirak edib, 5 qol vurub və 11 məhsuldar ötürmə verib. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında Fernandeşin bazar dəyəri 40 milyon avro təşkil edir.
Namiq HUN
tag: Bruno Fernandes ,Mançester Yunayted,Klub,Transfer,Todaypress.tv,
