UFC-də yeni sınaq: Tofiq Musayev Las-Veqasda oktaqona çıxacaq

İdman

30.01.2026 12:09

Azərbaycanlı UFC döyüşçüsü, yüngül çəki dərəcəsində çıxış edən Tofiq Musayev növbəti döyüşünü Şimali Amerikanın aparıcı MMA təşkilatının bayrağı altında keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Leo Gimaraeş sosial şəbəkə hesabında məlumat yayıb. 

Bildirilir ki, Musayev aprel ayında Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək UFC Fight Night 272 turnirində liqanın debütantı, Braziliya təmsilçisi Samuel Sançeslə qarşılaşacaq.

Qeyd edək ki, 36 yaşlı Tofiq Musayevin peşəkar karyerasında 22 qələbə (onlardan 20-si vaxtından əvvəl) və 6 məğlubiyyət var. Azərbaycanlı döyüşçü 2025-ci ilin iyun ayından etibarən UFC-də çıxış edir.

23 yaşlı Samuel Sançesin peşəkar rekordunda isə 11 qələbə və 1 məğlubiyyət var.

Namiq HUN

TodayPress TV

tag: Tofiq Musayev,UFC,MMA,Döyüş,Todaypress.tv,