UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə məğlub oldu - YENİLƏNDİ

UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə məğlub oldu - YENİLƏNDİ
11.09.2026 00:54 İdman

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.

TodayPress TV xəbər verir ki, İngiltərədə "Mançester Yunayted"in qonağı olan Azərbaycan çempionu 0:4 hesabı ilə məğlub olub.

"Old Trafford" stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurublar.

Qeyd edək ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.

***

İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda dördüncü qol vurulub.

TodayPress TV xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi bir qədər də artırıblar - 4:0.

68-ci dəqiqədə Lisandro Martines adını tabloya yazdırıb.

***

İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda üçüncü qol vurulub.

TodayPress TV xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 3:0.

45-ci dəqiqədə Benyamin Şeşko qapını dəqiq nişan alıb. *** İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ikinci qol vurulub.

TodayPress TV xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.

42-ci dəqiqədə Brunu Fernandeş fərqlənib.

***

İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ilk qol vurulub.

TodayPress TV xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar - 1:0.

27-ci dəqiqədə Mateus Kunya fərqlənib.

***

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində "Mançester Yunayted" (İngiltərə) və "Sabah" oyunu başladı.

TodayPress TV xəbər verir ki, görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edir.

Qarşılaşma “Old Trafford” stadionunda baş tutur.

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər