Britaniya ABŞ şirkətinə “möhtac oldu”: 40 milyon dollarlıq asılılıq

Britaniya ABŞ şirkətinə “möhtac oldu”: 40 milyon dollarlıq asılılıq
11.09.2026 02:53 Dünya

Böyük Britaniya hərbi rabitə sahəsində ABŞ şirkəti “SpaceX”dən asılılığını artırıb.

TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, London “SpaceX”in peyk xidmətlərinə təxminən 40 milyon dollar xərcləyib.

Məlumata görə, Böyük Britaniya hazırda təxminən 1 000 “Starshield” və 500 “Starlink” terminalından istifadə edir. Bununla da ölkə ABŞ-dan kənarda “Starshield” sistemindən hərbi və kəşfiyyat məqsədləri üçün istifadə etdiyini açıq şəkildə təsdiqləyən ilk dövlət olub.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər