Polşanın böyük qorxusu: Çin və ABŞ-yə uduza bilər
Polşa Baş naziri Donald Tusk enerji daşıyıcılarının qiymətlərinin bu qədər yüksək olaraq qalacağı təqdirdə ölkənin Çin və ABŞ ilə rəqabət aparmaqla bağlı planlarının reallaşmasının çətinləşəcəyini deyib.
TodayPress TV xəbər verir ki, Tusk yüksək enerji qiymətlərinin Polşanın iqtisadi rəqabət qabiliyyətinə mənfi təsir göstərdiyini bildirir.
“Enerji daşıyıcılarının qiymətləri bu qədər yüksək olaraq qalarsa, Çin və ABŞ ilə rəqabət aparmaq xəyallarımızı nağıllar sırasına göndərə bilərik”, – Tusk qeyd edib.
Kübra Musayeva