Argentina ABŞ-nin məşhur “Black Hawk”larını istəyir
ABŞ Dövlət Departamenti Argentinaya 4 ədəd UH-60L “Black Hawk” hərbi helikopterinin mümkün satışına razılıq verib.
TodayPress TV xəbər verir ki, təxminən 140 milyon dollar dəyərində olan mümkün müqaviləyə helikopterlərlə yanaşı, iki ədəd T700-GE-701D mühərriki, əlavə avadanlıqlar, heyətin təlimi və logistika dəstəyi də daxildir.
Bildirilir ki, sövdələşmə Argentinanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi və transmilli cinayətkarlıqla mübarizə imkanlarının artırılması məqsədi daşıyır. Helikopterlər həmçinin humanitar əməliyyatlarda və təbii fəlakətlər zamanı xilasetmə işlərində istifadə oluna bilər.
Mümkün müqavilənin əsas podratçısı ABŞ-ın “Sikorsky” şirkəti olacaq.
Kübra Musayeva