“Komo”da Çempionlar Liqası həyəcanı: Fabreqas sakitliyi qorumağa çağırır

“Komo”da Çempionlar Liqası həyəcanı: Fabreqas sakitliyi qorumağa çağırır
10.09.2026 17:34 İdman

“Komo”nun baş məşqçisi Sesk Fabreqas komandasının UEFA Çempionlar Liqasındakı tarixi debütü barədə fikirlərini bölüşüb. 

TodayPress TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis qarşılaşmanın əhəmiyyətindən danışaraq futbolçularına sakitliyi qorumağı tövsiyə edib:

“Anlayıram ki, buradakı əsas mövzu “Komo”nun Çempionlar Liqasındakı ilk oyundur. Lakin futbolçular üçün bu, digər matçlar kimi adi bir qarşılaşma olmalıdır. Nəticədən asılı olmayaraq, meydanda öz oyunumuzu və kimliyimizi nümayiş etdirməyimiz mənim üçün çox vacibdir. Mənim üçün futbol elə bundan ibarətdir - komanda hər oyunda öz simasını saxlamalıdır.

Həmişə olduğu kimi, bu görüşdə də qələbə qazanmağa çalışacağıq. Şəhərin və klubun həyəcanını başa düşürəm, lakin bunun sadəcə bir futbol oyunu olduğunu unutmamalıyıq. “Leypsiq” əla komandadır və bu qarşılaşmaya inkişafımızı davam etdirmək üçün bir şans kimi baxmalıyıq. Ən yaxşılar arasında yer almaq istəyirik. Bütün bunlara baxmayaraq, öz gücümüzə inanırıq”.

Tarixində ilk dəfə bu nüfuzlu turnirdə iştirak edən İtaliya təmsilçisi ilk matçında bu gün - sentyabrın 10-da “Leypsiq”lə üz-üzə gələcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər