Tennis dünyasına mesaj: Cokoviçin uğuru təkrarlanmayacaq!

İdman

30.04.2026 17:17

“Roland Garros-2008”in qalibi, sabiq dünya bir nömrəsi Ana İvanoviç həmyerlisi Novak Cokoviçin karyerası barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, “Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi olan Novak Cokoviç haqqında danışan İvanoviç onun nailiyyətlərini yüksək qiymətləndirib.

İvanoviç bildirib:

“Onun əldə etdikləri həqiqətən inanılmazdır. Biz çox gənc yaşlardan tanışıq və uzun illərdir dostuq. Onun Serbiyaya və gələcək nəsilə verdiyi töhfələri görmək çox ilhamvericidir. Düşünürəm ki, o, hələ bir “Böyük Dəbilqə” turniri də qazana bilər. Onun oyun səviyyəsi hələ də çox yüksəkdir və ən güclülərlə rəqabət aparmağa qadirdir. “Böyük Dəbilqə” turnirlərinə baxsaq, əksəriyyətində yarımfinal və finala yüksəlir. Bu isə o deməkdir ki, tituldan cəmi bir addım uzaqdadır. Bu, möhtəşəm karyeradır və onu təkrarlamaq çox çətin olacaq”.

Namiq HUN

TodayPress TV

tag: Novak Cokoviç,Tennis,Turnir,Karyera,Todaypress.tv,