Tarixi an! Yannik Sinner ATP-də rekord məbləğ qazandı

İdman

20.03.2026 12:38

Dünya reytinqində ikinci sırada yer alan italiyalı tennisçi Yannik Sinner Indian-Uellsdə keçirilən “Masters” turnirində qalib gəldikdən sonra karyerası ərzində qazandığı mükafatların həcmi 60 mln dolları keçib. 

TodayPress TV xəbər verir ki, bu barədə Tennis.com saytı məlumat yayıb.

Mənbəyə görə, Sinner turnirə 57 mln dollar ilə başlayıb. Indian-Uellsdə  qələbəsi üçün mükafat 1 mln dollardan bir qədər çox olub, əlavə olaraq ATP gəlirləri də nəzərə alınıb, dəqiq məbləğ göstərilməyib.

2000-ci ildən sonra doğulan tennisçilər arasında Sinner bu həddi keçən ikinci oyunçu olub. Daha əvvəl bunu ispan Karlos Alkaraz etmişdi.

Xatırladaq ki, turnirin finalında Sinner rusiyalı Daniil Medvedev üzərində 7:6 (8:6), 7:6 (7:4) hesabı ilə qələbə qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Reytinq,Tennis,Masters,Yannik Sinner ,Todaypress.tv,