Sürpriz addım! Barselona “El-Klasiko”ya fərqli formada çıxır
İdman
01.05.2026 14:08
“Barselona” klubu “Real Madrid” ilə keçiriləcək növbəti oyuna xüsusi forma təqdim edib.
TodayPress TV xəbər verir ki, “blauqrana”nın formasında amerikalı müğənni və aktrisa Olivia Rodrigonun loqosu yer alacaq.
O, “Drivers License”, “Vampire” və “Good 4 U” kimi hitləri ilə tanınır.
Bu dəyişiklik klubun titul sponsoru olan “Spotify” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
“Barselona” ənənəvi olaraq “Real Madrid”lə oyunlarda standart sponsor loqosunu məşhur ifaçıların simvolları ilə əvəz edir. Daha əvvəl komandaların formasında Drake, Rosalia, The Rolling Stones və Karol G kimi sənətçilərin loqoları yer alıb.
Qeyd edək ki, La Liganın XXXV turu çərçivəsində keçiriləcək “Barselona” – “Real Madrid” qarşılaşması mayın 10-da baş tutacaq.
Namiq HUN
tag: Barcelona,Real Madrid,Olivia Rodrigo,Spotify,Todaypress.tv,
