Stefen Karri NBA rekordunu qırdı

Stefen Karri NBA rekordunu qırdı
13.12.2025 17:07 İdman

Stefen Karri 30 yaşdan sonra 35+ xal topladığı oyunların sayına görə Cordanı geridə qoyub.

TodayPress TV xəbər verir ki, “Golden State Warriors”un 37 yaşlı ulduz oyunqurucusu və dördqat ABŞ Mili Basketbol Assosiasiyasının (NBA) çempionu Stefen Karri “Minnesota Timberwolves”a qarşı (120:127) uduzulmuş oyunda tarixi nailiyyətə imza atıb.

“Qurdlar”la matçda Karri 39 xal toplayıb və bununla da NBA tarixində 30 yaşdan sonra 35 və daha çox xal topladığı oyunların sayına görə mütləq lider olub. 

Hazırda onun hesabında bu göstərici ilə 94 oyun var. Siyahıda ikinci yerdə altıqat NBA çempionu, əfsanəvi Maykl Cordan qərarlaşıb - 93 oyun.

Digər dördqat NBA çempionu Lebron Ceymsin (“Los-Anceles Leykers”) isə 30 yaşdan sonra 35+ xal topladığı 75 oyunu var.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər