Sinner üçün yeni hədəf: Uimbldon çempionluğu!

Sinner üçün yeni hədəf: Uimbldon çempionluğu!
08.06.2026 14:14 İdman

“Böyük Dəbilqə” turnirlərinin yeddiqat çempionu, sabiq dünya bir nömrəsi Mats Vilander dünya reytinqinin lideri Yannik Sinner haqqında fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Ubitennis” məlumat yayıb. 

Vilander italiyalı tennisçinin Uimbldondakı şanslarını yüksək qiymətləndirib.

“Mənim fikrimcə, Sinner Uimbldonun əsas favoriti olaraq qalır. Ola bilsin ki, o, “Roland Qarros”dan əvvəl olduğu qədər açıq favorit deyil. Buna baxmayaraq, Uimbldonu yenidən qazanmaq üçün çox ciddi namizəddir", – deyə Vilander bildirib.

Xatırladaq ki, Sinner 2026-cı il “Roland Qarros” turnirinin ikinci turunda gözlənilməz məğlubiyyətlə üzləşib. İsti hava şəraiti səbəbindən səhhəti pisləşən italiyalı tennisçi dünya reytinqinin 56-cı pilləsində qərarlaşan Xuan Manuel Serundoloya 6:3, 6:2, 5:7, 1:6 və 1:6 hesabı ilə uduzub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər