Simonov halqalarda Dünya Kubokunun mükafatçıları sırasında

Simonov halqalarda Dünya Kubokunun mükafatçıları sırasında
16.03.2026 14:18 İdman

Türkiyədə idman gimnastikası üzrə Dünya Kuboku keçirilir. 

TodayPress TV xəbər verir ki, Antalya turnirində ölkəmizi Dəniz Əliyeva, Nazənin Teymurova, Rəsul Əhmədzadə, Aydın Əlizadə və Nikita Simonov təmsil edirlər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov halqalarda final mərhələsinə yüksəlib. Finalda 14.100 xal toplayan gimnastımız bürünc medalın sahibi olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər