Şevalye əsas heyəti itirdi, gediş gündəmdə!

İdman

29.04.2026 12:35

PSJ klubunun qapıçısı Lyuka Şevalye yay transfer pəncərəsində komandadan ayrıla bilər.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

24 yaşlı qolkiper cari mövsüm Fransa Liqa 1-də 17 oyunda meydana çıxıb. Onun aktivində UEFA Çempionlar Liqasında 6, Fransa Kubokunda isə 1 qarşılaşma var.

Şevalye sonuncu dəfə yanvarın 23-də Fransa çempionatının XXIX turunda “Oser”ə qarşı keçirilən və PSJ-nin (1:0) qələbəsi ilə başa çatan oyunda forma geyinib. Bundan sonra o, əsas heyətdə yerini rusiyalı qapıçı Matvey Safonova uduzub.

Namiq HUN

TodayPress TV

tag: Lyuka Şevalye,PSJ,UEFA,Klub,Todaypress.tv,