Səudiyyə macərası bitir? Ronaldu Avropaya qayıda bilər

İdman

03.02.2026 15:04

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu cari mövsümün sonunda komandanı tərk edə bilər.

TodayPress TV Record nəşrinə istinnadən xəbər verir ki, 40 yaşlı futbolçu “Əl-Nəsr”də özünü xoşbəxt hiss etmir və karyerasını davam etdirmək üçün Avropa klubları və MLS variantlarını nəzərdən keçirir. 

Mənbə bildirir ki, Ronaldunun ətrafı artıq mümkün transfer ssenariləri üzərində düşünür.

Qeyd olunur ki, Ronaldu üçün 50 milyon avro məbləğində transfer haqqı müəyyən edilib. Hücumçu 2023-cü ildən “Əl-Nəsr”in formasını geyinir və klubla olan müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Xatırladaq ki, karyerası ərzində “Real Madrid”, “Mançester Yunayted”, “Yuventus” və “Sportinq” kimi klublarda çıxış etmiş Ronaldunun Transfermarkt portalına əsasən hazırkı bazar dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: “Əl-Nəsr” ,Kriştianu Ronaldu,Futbol,“Real Madrid”,Todaypress.tv,