Rza Cəfərov “Qəbələ”yə gedir: “Neftçi”dən icarə qərarı
“Neftçi” klubu qapıçısı Rza Cəfərovu icarə əsasında “Qəbələ”yə göndərib.
TodayPress TV paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc qolkiper satınalma şərti olmadan cari mövsümün sonunadək “qırmızı-qaralar”ın heyətində çıxış edəcək.
Bununla yanaşı, “Neftçi” klubu Rza Cəfərovla mövcud müqavilənin müddətini 2027/2028-ci illər mövsümünün sonunadək uzadıb.
Qeyd edək ki, 2022-ci ildən “Neftçi”nin formasını geyinən qapıçı bu müddət ərzində 63 rəsmi oyunda meydana çıxıb.
Namiq HUN