Rusiya səbəbilə boykot təhlükəsi: yığmalar turnirlərdən imtina edə bilər
Amerikalı xokkey jurnalisti Andrey Striklend Rusiya millisinin beynəlxalq turnirlərdə iştirakı ilə bağlı çətinliklərdən danışıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“ABŞ Milli Xokkey Liqasının (NHL) Rusiyanın Dünya Kubokunda və ya Olimpiya Oyunlarında iştirakını istəmədiyi təəssüratı məndə heç vaxt yaranmayıb. Mənə deyiblər ki, bəzi ölkələr NHL-ə açıq şəkildə bildiriblər: əgər Rusiya iştirak edərsə, onlar turnirdə oynamayacaqlar”, – deyə o, vurğulayıb.
Xatırladaq ki, İtaliyada keçirilən 2026 Qış Olimpiya Oyunlarının xokkey turnirinin qalibi ABŞ xokkey millisi olub. Rusiya xokkeyçiləri isə yarışa buraxılmayıb.
Namiq HUN