Rikardinyo: "Bu, həyatımın ən çətin qərarı idi”

Rikardinyo: "Bu, həyatımın ən çətin qərarı idi”
16.08.2025 17:15 İdman

Bütün dövrlərin ən yaxşı futzalçılarından sayılan Rikardo Filipe da Silva Braqa karyerasını başa vurub.

TodayPress TV xəbər verir ki, əfsanəvi futzalçı qərarını Portuqaliya Futbol Federasiyasının təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

“Bu, həyatımın ən çətin qərarı idi. Bədənim və ağlım mənə deyirdi ki, idman səndən getməmiş sən idmandan getsən yaxşıdır", - deyə o bildirib. 

Rikardinyo futzalı bütün dünyaya yaymaq üçün səfir olmaq istəyir.

Qeyd edək ki, Rikardo Filipe da Silva Braqa “Futsal Planet” portalının versiyası üzrə 6 dəfə dünyanın ən yaxşı futzalçısı seçilib. O, karyerası ərzində 3 dəfə Çempionlar Liqasının qalibi olub. Müxtəlif klublarla 43 titula sahib çıxan Rikardinyo 2018-ci ildə Avropa, 3 il sonra isə dünya çempionu olub.

Namiq HUN

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər