Reşfordun taleyi bəlli oldu: Yalnız nəhəng təklif ayıra bilər!

Reşfordun taleyi bəlli oldu: Yalnız nəhəng təklif ayıra bilər!
10.08.2026 08:41 İdman

“Mançester Yunayted” hücumçusu Markus Reşforda etimad göstərmək və onu yenidən komandanın əsas hissəsinə daxil etmək məqsədilə yeni forma nömrəsi verib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb.

Bildirilir ki, Reşford yeni mövsümdə 14 nömrəli forma ilə çıxış edəcək və komanda ilə birlikdə təlim-məşq toplanışına yollanacaq.

Futbolçu yalnız Avropanın aparıcı klublarından münasib təklif daxil olacağı təqdirdə “Mançester Yunayted”dən ayrıla bilər. Əks halda, Reşfordun Mançester təmsilçisində qalacağı gözlənilir.

Qeyd edək ki, Reşford daha əvvəl “Mançester Yunayted”də 39 və 19 nömrəli formaları geyinib. “Aston Villa”da icarə əsasında çıxış etdiyi dönəmdə isə 9 nömrəli forma ilə oynayıb. Ötən mövsümü “Barselona”da keçirən hücumçu 14 nömrəli formanı geyinib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər