"Real"ın müdafiəçisi Fran Qarsiya "Betis"ə keçməyə yaxındır
"Real"ın sol müdafiəçisi Fran Qarsiya, çox güman ki, karyerasını İspaniyanın digər təmsilçisi "Betis"də davam etdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, "Betis" 26 yaşlı futbolçunun transferini 4 milyon avroya razılaşdırıb. Eyni zamanda, "Real" oyunçunun növbəti satışından əldə ediləcək məbləğin 50 %-ni alacaq.
F.Qarsiya artıq keçidə razılıq verib və yaxın zamanda tibbi müayinədən keçəcək. O, 2025/2026 mövsümündə bütün turnirlərdə "Real"ın heyətində 23 matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.