“Real”da gərginlik: Arbeloa Mourinyo iddialarına cavab verdi

İdman

02.05.2026 14:45

Alvaro Arbeloa “Real Madrid” klubundakı gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb. 

İspan mütəxəssis yayda Joze Mourinyonun onu əvəz edə biləcəyi ilə bağlı iddiaları şərh edib.

“Gələcək sabahdır, mən həmişə “Real”ı düşünürəm. Bu sualları anlayıram, amma yenə deyəcəyəm ki, gələcək sabahdır. Hər oyun mənim həyatımdır”, – deyə Arbeloa bildirib.

Daha əvvəl mediada Mourinyonun “kral klubu”na qayıtmaq istədiyi yazılmışdı. Lakin portuqaliyalı mütəxəssis “Real Madrid”in onunla əlaqə saxlamadığını açıqlayıb.

Qeyd edək ki, Arbeloa “Real”ı bu ilin yanvarından çalışdırır və onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

tag: Alvaro Arbeloa,Real Madrid,Klub,Joze Mourinyo,Todaypress.tv,