Raşford qərarını verdi: “Mançester Yunayted”ə dönüş yoxdur
İdman
03.02.2026 14:42
“Mançester Yunayted”in futbolçusu Markus Raşford klubuna qayıtmaq niyyətində deyil.
TodayPress TV “The Touchline” nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu “qırmızı şeytanlar”ın uğuruna inanmadığını bildirir və “Barselona”ya daimi transferdə israr edir.
28 yaşlı hücumçu hesab edir ki, Kataloniya təmsilçisində titul qazanmaq şansları “Mançester Yunayted”lə müqayisədə xeyli yüksəkdir. Bu səbəbdən o, gələcəyini məhz “Barselona”da görür.
Raşford qərarını artıq qəti şəkildə verdiyini vurğulayıb. O, “Barselona”nın baş məşqçisi Hans-Diter Fliklə güclü etimad münasibətləri qurduğunu və alman mütəxəssisin onun karyerasını növbəti səviyyəyə daşıya biləcəyinə inandığını düşünür.
Xatırladaq ki, Raşfordun “Barselona”dakı icarə müddəti bu yay başa çatacaq. Klub futbolçunu komandada saxlamaq üçün bütün mümkün variantları dəyərləndirir. Cari mövsümdə Raşford katalonların heyətində 32 oyunda 10 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalında hücumçunun bazar dəyəri 40 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Mançester Yunayted,Markus Raşford,Klub,Futbol,Todaypress.tv,
