Qızıl medal yolunda 4 ümid: Azərbaycanlı yeniyetmələr Avropa finalında

İdman

16.12.2025 09:43

Azərbaycanın 4 yeniyetmə boksçusu Almaniyanın Keinbaum şəhərində keçirilən Avropa çempionatının finalında mübarizə aparacaq. 

TodayPress TV xəbər verir ki, Azərbaycan U-17 millisinin yarımfinal mərhələsində mübarizə aparan 4 boksçusu finala yüksəlib.

Gülər Hüseynova (48 kq) Serana Malini (İngiltərə) məğlub edib – 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29). O, finalda Asmin Cabasla (Türkiyə) döyüşəcək.

Qardaş Rəhimov (46 kq) Rati Xarbedia (Gürcüstan) ilə döyüşdə hər 3 raundda rəqibindən güclü olub. O, qızıl medal uğrunda Birham-Pasa İuseimlə (Rumıniya) döyüşəcək.

Ceyson Maherlə (İrlandiya) dueldən qalib ayrılan Şahin Aslanov (60 kq) finalda Frenki Smiti (İngiltərə) yoxlamadan keçirəcək.

Şükar Əliyev (75 kq) isə finala döyüş keçirmədən vəsiqə qazanıb. Aleks Domjan (Macarıstan) döyüşə gəlmədiyi üçün milli üzvü qalib elan olunub. O, həlledici mərhələdə Maykl Mauqanla (İngiltərə) qarşılaşacaq.

Qeyd edək ki, U-17 Avropa çempionatında final  döyüşləri dekabrın 17-də keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Azərbaycan,U17,Boks,Final,Todaypress.tv,