Qızıl, gümüş, bürünc – komandamız hər rəngdə medal qazandı!
İdman
30.04.2026 16:47
Azərbaycan avarçəkənlərindən “Prezident Kuboku-2026”da uğurlu çıxış davam edir
Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan komandası uğurlu nəticələrini davam etdirir.
TodayPress TV xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın ikinci günündə Niyaz Məlikov və İvan Vorobjansk ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə final yürüşündə üçüncü yeri tutaraq bürünc medal qazanıblar.
Bundan əvvəl isə Mustafa Vəlizadə və Elmir Tarverdiyev ikinəfərlik kayak qayığında 500 metr məsafədə bürünc medala sahib çıxıblar.
Digər yarışlarda Azər İlyasov birnəfərlik qayıqda 1500 metr məsafədə qızıl medal qazanıb. Əlimurad Hacızadə isə birnəfərlik kayak qayığında 500 metr məsafədə gümüş medal əldə edib.
Qeyd edək ki, Əlimurad Hacızadə bundan əvvəl də birnəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda gümüş medal qazanmışdı.
Namiq HUN
tag: Qızıl, gümüş, bürünc,medal,Prezident Kuboku-2026,avarçəkmə,Todaypress.tv,
