Qayıdışın memarı: Kerriklə uzunmüddətli plan qurulur

İdman

06.05.2026 10:33

“Mançester Yunayted” klubu Maykl Kerrik ilə daimi müqavilə bağlamaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilir ki, Kerrik hələ klub rəhbərliyi ilə gələcəyi barədə rəsmi danışıqlar aparmayıb. Lakin idman direktoru Ceyson Uilkoks və icraçı direktor Omar Berrada məşqçinin gördüyü işdən razıdır.

Kerrik yanvarda komandaya rəhbərlik etməyə başladıqdan sonra “Mançester Yunayted” Premyer Liqada keçirdiyi 14 oyunun 10-da qalib gəlib və vaxtından əvvəl UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Klub rəhbərliyi həmçinin Kerrikin futbolçular və soyunub-geyinmə otağında böyük dəstəyə sahib olduğunu bilir. Bu səbəbdən “qırmızı şeytanlar”ın Avropanın ən nüfuzlu klub turnirinə qayıdışı rəsmiləşdikdən sonra mütəxəssisə daimi müqavilə təklif ediləcəyi gözlənilir.

Namiq HUN

TodayPress TV

tag: Mançester Yunayted,Maykl Kerrik,Klub,Müqavilə,Todaypress.tv,