“Qartallar” hücum xəttində sabitliyi qorudu!
“Zirə” futbol klubu hücumçusu Eren Aydın ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə “İdmanxeber.az” məlumat yayıb.
Məlumata görə, “qartallar” türkiyəli forvardla yeni müqavilə imzalayıb. Tərəflər arasında əldə olunan razılığa əsasən, futbolçu daha üç il Zirənın formasını geyinəcək.
Bildirilir ki, Eren Aydın bir neçə klubdan təklif alsa da, karyerasını Azərbaycanda davam etdirməyə üstünlük verib və “Zirə”də qalmağa qərar verib.
Qeyd edək ki, 23 yaşlı hücumçu ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 15 oyunda meydana çıxaraq 4 qol vurub.
Namiq HUN