“Qarabağ” azarkeşlərini maraqlandıran sualın cavabı: Elvin oynayacaq?
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov müdafiəçi Elvin Cəfərquliyevin sabah Avropa Liqası çərçivəsində keçiriləcək “Vestri” ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı ilə bağlı suala cavab verib.
TodayPress TV xəbər verir ki, Qurban Qurbanov futbolçunun oyunda iştirak edə biləcəyini istisna etməyib.
“Elvin bizim oyunçumuzdur. Meydana çıxmaq ehtimalı var. Sonradan girəcək, ya əvvəldən oynayacaq, onu deyə bilməyəcəyəm”, - deyə baş məşqçi bildirib.