Qadınlardan ibarət basketbol millimiz Avropa Kubokunun finalına yüksəldi

Qadınlardan ibarət basketbol millimiz Avropa Kubokunun finalına yüksəldi
14.06.2026 19:04 İdman

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb.

TodayPress TV-nin məlumatına görə, yığma Kosovo millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə 18:00-da start götürən qarşılaşma Azərbaycan yığmasının 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, yığma daha əvvəl Kipr (16:10) və Maltanı (15:14) məğlub edib.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər