“Prezident Kuboku”: Azərbaycan 9 medal qazandı!
İdman
01.05.2026 16:40
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatada Azərbaycan idmançıları uğurlu çıxış edib.
TodayPress TV xəbər verir ki, Kür Olimpiya Tədris-İdman Mərkəzində reqatanın keçirilən yarışın son günündə komandamız qızıl və gümüş medallar qazanıb.
Komandamızın heyətində Tengiz Qaqnidze – Qiyas Əhmədov cütlüyü qızıl medala yiyələnib. Niyaz Məlikov və İvan Vorobjanski isə ikinəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə gümüş medal əldə ediblər.
İkinəfərlik avarçəkmə qayığında Azər İlyasov və Tunar Məmmədzadə 1500 metr məsafədə bürünc medal qazanıblar. Sənan Cəfərzadə və Tahir Mövsümov dueti isə kayak qayığında 1000 metr məsafəyə yürüşdə üçüncü olub.
Xatırladaq ki, daha əvvəl Azər İlyasov akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafədə qızıl medal qazanıb. Əlimurad Hacızadə birnəfərlik kayak qayığında 200 və 500 metr məsafələrdə gümüş medallarla kifayətlənib. Mustafa Vəlizadə – Elmir Tarverdiyev cütlüyü 500 metr məsafədə bürünc medal əldə edib. Niyaz Məlikov – İvan Vorobjanski tandemi isə 1000 metr məsafədə bürünc medala sahib çıxıb.
Beləliklə, Azərbaycan avarçəkənlərinin ümumi medal sayı doqquza çatıb.
Namiq HUN
tag: Ümummilli Lider Heydər Əliyev,Prezident Kuboku 2026,avarçəkmə və kanoe,Medal,Todaypress.tv,
