"Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatdı
İdman
02.05.2026 22:20
Bakıda yelkən idmanı üzrə keçirilən “Prezident Kuboku 2026” turnirinin ilk yarış günü yekunlaşıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Dənizkənarı Bulvar ərazisində keçirilən yarış Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunub.
Reqatada idmançılar iki kateqoriya üzrə mübarizə aparırlar. Yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfində qüvvələrini sınayırlar.
Qeyd edək ki, yelkən idmanı üzrə “Prezident Kuboku 2026” mayın 3-də başa çatacaq. Turnirin ikinci günündə yarışlar eyni məkanda – Bakı bulvarında, “Yaxt Klub”un yaxınlığında davam edəcək.
Qaliblər iki günün nəticələrinə əsasən idmançıların topladığı xallara görə müəyyənləşəcək.
tag: İdman,Heydər Əliyev,Prezident,Azərbaycan,Todaypress.tv,
