“Prezident Kuboku 2026” reqatasında ilk medalımız qazanıldı

İdman

29.04.2026 15:52

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında ilk mükafatçılar müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Suqovuşanda müxtəlif yaş qrupları üzrə avarçəkənlər birnəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafədə qüvvələrini sınayıblar.

Reqatanın ilk yarış günündə Azərbaycan komandasının üzvü, 2009-cu il təvəllüdlü Əlimurad Hacızadə birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə gümüş medal qazanıb.

Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı iştirak edir.

Xatırladaq ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasına aprelin 27-də Ağdərənin Sərsəng su anbarında start verilib. 

Yarış mayın 1-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

tag: Əlimurad Hacızadə,Prezident Kuboku 2026,Ümummilli Lider Heydər Əliyev,Avarçəkmə,Todaypress.tv,