"Neftçi SOCAR" klubu Orlean mərhələsinin qalibi oldu

"Neftçi SOCAR" klubu Orlean mərhələsinin qalibi oldu
18.06.2026 00:16 İdman

"Neftçi SOCAR" klubu 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsinin qalibi olub.

Bu barədə TodayPress TV-yə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

"Neftçi SOCAR" 1/4 finalda İspaniya millisinə 20:14, yarımfinalda Niderlandın "Amsterdam" klubuna 17:13 hesabları ilə qalib gələrək finala vəsiqə qazanıb.

Finalda ev sahibi Fransa yığması ilə üz-üzə gələn təmsilçimiz gərgin mübarizənin yekununda 21:20 hesabı ilə qələbə qazanıb və Orlean mərhələsinin çempionu olub.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər