NBA ulduzu komandasına qarşı iradlara münasibət bildirdi
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) 2 qat qalibi olan 37 yaşlı hücumçu Kevin Durant “Hyuston Rokets” komandasına yönələn tənqidlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Uduzanda, əlbəttə ki, biz asan hədəfə çevrilirik - mən də. Harada olmağımdan asılı olmayaraq, belə hiss yaranır ki, məğlub olanda hamı deyir: “Baxın Key Diyə. Baxın, üzündə təbəssüm belə yoxdur”. Amma qalib gələndə, özümüzə inamlı olanda, gülümsəyəndə və oyundan zövq alanda bu barədə heç kim danışmır. Bu, oyunun bir hissəsidir”, – deyə o bildirib.
Namiq HUN