Möhtəşəm mövsüm: Kuper Fleqq ilin debütantı seçildi!

İdman

28.04.2026 10:48

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) 2025/2026-cı illər mövsümünün ən yaxşı yeni oyunçusu müəyyənləşib.

TodayPress TV xəbər verir ki, 19 yaşlı Birləşmiş Ştatlar basketbolçusu Kuper Fleqq mövsümün ən yaxşı debütantı seçilib. 

O, “Dallas Maveriks” klubunda hücumçu mövqeyində çıxış edir. Kuper Fleqq 1973/1974-cü illər mövsümündən etibarən komandasının ən çox xal, ribaund, məhsuldar ötürmə göstəricilərində lider olan ikinci debütantdır. Bu göstəriciyə ondan əvvəl yalnız Maykl Cordan nail olmuşdu.

Mövsümün ən yaxşı yeni oyunçusu 100 nəfərlik münsiflər heyəti tərəfindən seçilib. Fleqq səsvermədə əsas rəqibi, “Şarlott Hornets” klubunun hücumçusu Kon Knippeli qabaqlayıb.

“Dallas”ın oyunçusu ümumilikdə 412 xal toplayıb. Kon Knippel 386 xalla ikinci olub. “Philadelphia 76ers”də oynayan Vi Cey Eckomb isə 96 xalla üçüncü yeri tutub.

Namiq HUN

TodayPress TV

tag: NBA,Basketbol,ABŞ,Dallas Maveriks,Todaypress.tv,