MDB Oyunları: Taekvondoçumuz bürünc medal qazandı
III MDB Oyunlarının taekvondo üzrə ikinci yarış gününün həlledici görüşləri keçirilir.
TodayPress TV xəbər verir ki, Mingəçevir turnirində təmsilçimiz Vasif Səlimov (68 kq) qırğızıstanlı rəqini məğlub edərək adını finala yazdırıb.
Qızlar turnirində isə Nigar Abdullayeva (57 kq) Özbəkistandan olan həmkarına qalib gələrək multi-idman oyunlarının bürünc medalını boynundan asıb.
Xatırladaq ki, Azərbaycan taekvondoçuları III MDB Oyunlarının ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.
Namiq HUN