“Mançester Yunayted”də qərar anı – Kerrik favoritlər arasındadır
İdman
04.05.2026 17:43
Maykl Kerrik “Mançester Yunayted” ilə baş məşqçi postu üzrə rəsmi danışıqlar gözləyir.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Mənbəyə görə, klub bir neçə namizədlə görüşməyi planlaşdırır və yekun qərar geniş seçim prosesindən sonra veriləcək. Hətta UEFA Çempionlar Liqasına vəsiqə qazanılması belə bu planı dəyişdirməyəcək.
Bildirilir ki, komandanın aparıcı futbolçuları – Bruno Fernandeş, Mateus Kunya və Harri Maquayr Kerrikin komandada qalmasını istəyir. O, artıq növbəti mövsüm üçün transfer planlaşdırılmasında da iştirak edir.
Qeyd edək ki, əvvəllər “qırmızı şeytanlar” bu prosesə Tomas Tuheli cəlb etməyi planlaşdırsa da, o, İngəltərə yığma komandası ilə müqaviləsini uzadıb.
Qeyd edək ki, Kerrik 2026-cı ilin yanvarından komandanı çalışdırır. “Qırmızı şeytanlar” onun rəhbərliyi ilə Premyer Liqada 14 oyunda 10 qələbə qazanıb və 2 heç-heçə ediblər.
“Mançester Yunayted” hazırda 35 turdan sonra 64 xalla 3-cü yerdədir.
Namiq HUN
tag: Maykl Kerrik,Mançester Yunayted,baş məşqçi,Klub,Todaypress.tv,
