“Mançester Yunayted” Unai Emerini nəzarətə götürdü

“Mançester Yunayted” Unai Emerini nəzarətə götürdü
15.09.2025 11:33 İdman

“Mançester Yunayted” klubu baş məşqçi Ruben Amorimi Unai Emeri ilə əvəzləməyi nəzərdən keçirir. 

TodayPress TV xəbər verir ki, bu barədə “Give Me Sport” nəşri məlumat yayıb.

Bildirilir ki, “Aston Villa”da mövsümün uğursuz startı səbəbindən Emerinin fəaliyyətindən narazılıq artır. “Qırmızı şeytanlar” ispaniyalı mütəxəssislə yaranan vəziyyətdən faydalanmaq istətir. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk dörd turundan sonra “Mançester Yunayted” 4 xalla turnir cədvəlinin 14-cü, “Aston Villa” isə 2 xalla 19-cu pilləsində qərarlaşıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər