“Mançester Yunayted” Amorimlə yolları ayıra bilər
İdman
16.12.2025 12:18
“Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ı tərk etməyə yaxındır.
TodayPress TV xəbər verir ki, bu barədə Indykaila News sosial şəbəkə X-də məlumat yayıb.
Mənbənin iddiasına görə, portuqaliyalı mütəxəssisin yaxın vaxtlarda istefaya göndəriləcəyi gözlənilir.
Adı açıqlanmayan klub mənbəsinin sözlərinə görə, son oyunda (“Bornmut”la görüş 4:4 hesablı heç-heçə ilə başa çatıb) seçilən taktika ciddi narazılıq doğurub:
“Bugünkü matç üçün taktika kollec səviyyəsində idi! Bu, tam bir dəlilikdir. Bu komandaya böyük pullar yatırdıqdan sonra daha artığını tələb etməyimiz tamamilə haqlıdır. Ruben uzun müddət davam gətirməyəcək”.
Qeyd edək ki, Ruben Amorim 2024-cü ilin payızında “Mançester Yunayted”in baş məşqçisi təyin olunub. O, daha əvvəl Lissabon “Sportinq”inə rəhbərlik edib.
Namiq HUN
tag: Mançester Yunayted,Ruben Amorim ,Klub,Müqavilə,Todaypress.tv,
