“Leykers” seriyanı qazanaraq növbəti mərhələyə yüksəldi

“Leykers” seriyanı qazanaraq növbəti mərhələyə yüksəldi
02.05.2026 10:15 İdman

NBA Qərb Konfransında pley-offun ikinci mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

TodayPress TV xəbər verir ki, son vəsiqəni “Los-Anceles Leykers” klubu qazanıb. ABŞ Milli Basketbol Assosiasiyasının ikinci titullu komandası “Hyuston Rokets” (98:78) üzərində inamlı qələbə sayəsində seriyanı 4:2 öz xeyrinə başa vurub.

Beləliklə, Qərb Konfransında ikinci mərhələnin cütləri bəlli olub:

“Oklahoma Siti Tander” – “Los-Anceles Leykers” 

“San-Antonio Spörs” – “Minnesota Timbervulvz”

Şərq Konfransında isə hələlik yalnız “Nyu-York Niks” ikinci mərhələyə vəsiqəni təmin edib.

Qeyd edək ki, “Oklahoma Siti Tander” hazırkı NBA çempionudur və ötən mövsümün finalında “İndiana Peysers” üzərində qələbə qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər