Kubok öncəsi itki: Rafinya “Albasete” ilə oyunda olmayacaq
İdman
02.02.2026 16:27
“Barselona” klubunun hücumçusu Rafinya İspaniya Kubokunun 1/4 final mərhələsində “Albasete”yə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi sayt vasitəsilə məlumat yayıb.
Bildirilir ki, futbolçunun sağ budunun aparıcı əzələsində dartılma aşkarlanıb. Ehtiyat tədbiri olaraq Rafinyanın Kubok matçını buraxacağı, bərpa müddətinin isə təxminən bir həftə davam edəcəyi qeyd olunub.
Qeyd edək ki, cari mövsümdə braziliyalı hücumçu “Barselona”nın heyətində bütün turnirlər üzrə 22 oyuna çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Barselona” İspaniya Kubokunun hazırkı qalibidir. Kataloniya təmsilçisi ötən mövsümün finalında Madrid “Real”ını əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib.
Namiq HUN
tag: Rafinya,Barselona,Zədə,Klub,Todaypress.tv,
