Krosbinin sözləri gündəm oldu: Şayba yox, tarix önəmlidir
İdman
20.03.2026 16:20
Xokkey üzrə “Pittsburq Pinqvinz” klubunun kapitanı Sidni Krosbi “qızıl qol” mövzusu ilə bağlı açıqlama verərək ABŞ millisinin və “Nyu-Cersi Devilz”in hücumçusu Cek Hyuzun Olimpiadadakı qalib şaybanı əldə etmək istəyinə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
“Düzünü desəm, bu barədə heç vaxt belə düşünməmişəm (Krosbi 2010-cu il Olimpiadasında əlavə vaxtda “qızıl qol” vurub). Mən sadəcə qol vurduğuma sevinirdim. Şaybanın Şöhrət Zalına göndəriləcəyinə görə də məmnun idim. Bu haqda düşünməmişəm”, — deyə Sidni Krosbi bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ yığmasının və “Nyu-Cersi Devilz” klubunun hücumçusu Cek Hyuz 2026-cı il Olimpiadasının finalında Kanada yığmasına qarşı əlavə vaxtda vurduğu qalib şaybanı özündə saxlamaq istədiyini deyib.
Qeyd edək ki, həmin oyun 2:1 hesabı ilə başa çatıb və şayba “Hockey Hall of Fame” muzeyinə təqdim olunaraq İtaliyada keçirilən Olimpiya Oyunlarına həsr olunmuş bölmədə sərgilənir.
Namiq HUN
tag: Xokkey,Klub,Kapitan,ABŞ,Todaypress.tv,
