“Klippers”dən rekord transfer: NBA-nın ən qısa və ən uzunboylusu bir arada!
NBA-nın “Los-Anceles Klippers” klubu bir gündə liqanın ən qısa və ən uzunboylu basketbolçuları – yaponiyalı oyunqurucu Yuki Kavumura və mərkəz oyunçusu Camarion Şarpla müqavilə imzalayıb.
TodayPress TV xəbər ver ir ki, bu barədə “Sleeper Clippers” sosial şəbəkədə məlumat yayıb.
168 santimetr boya malik Kavumura NBA-da hazırda çıxış edən ən qısa basketbolçudur. Yaponiyalı oyunçu ötən mövsümü “Çikaqo”da keçirib. O, 18 oyunda orta hesabla 11,6 dəqiqə meydanda olmaqla 3,4 xal və 2,6 məhsuldar ötürmə ilə yadda qalıb.
Kavumura həmçinin “Bulls”un G Liqasında çıxış edən farm komandasında 11 oyuna çıxıb. Onun orta göstəriciləri 18,7 xal, 5 ribaund və 11 məhsuldar ötürmə olub.
226 santimetr boya malik Şarp isə NBA-nın ən uzunboylu basketbolçusudur. O, daha əvvəl “Dallas Maveriks”in formasını geyinib.
Namiq HUN