Karri liqadakı gəlir bölgüsünü tənqid etdi
İdman
05.05.2026 11:33
Stefen Karri NBA oyunçularının qazancı ilə bağlı maraqlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Complex Sports” məlumat yayıb.
“Qolden Steyt Uorriors” klubunun lideri hesab edir ki, liqanın ulduz basketbolçuları əslində aldıqları məbləğdən daha artıq qazanmalıdır.
Karri bildirib ki, əsas problem oyunçuların klublarda pay sahibi ola bilməməsidir:
“Hazırkı qaydalara görə biz komandada paya sahib ola bilmirik. Bu isə böyük məsələdir. Bu, sahiblərlə və liqa ilə tərəfdaşlıq deməkdir. Qısamüddətli dövrdə yaxşı qazanırıq, amma liqa bundan qat-qat çox gəlir əldə edir.
Biz oynadığımız müddətdə bu biznesdə payımızın olmaması səbəbindən deyərdim ki, bəli, bizə az ödənilir. Çünki insan bu prosesin bir hissəsi olmaq istəyir”.
Namiq HUN
tag: Stefen Karri,NBA,Qolden Steyt Uorriors,Liqa,Todaypress.tv,
