Kamal Umudlu 3 oyuna təyinat aldı

Kamal Umudlu 3 oyuna təyinat aldı
24.09.2025 14:07 İdman

FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

TodayPress TV xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

K.Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, üç gün sonra Moldova – Belarus matçını idarə edəcək. 

Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər