İtaliya Şimali İrlandiyanı 2-0 hesabı ilə məğlub etdi
İtaliya 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin yarımfinal matçında Şimali İrlandiyanı 2-0 hesabı ilə məğlub edib.
TodayPress TV xəbər verir ki, oyun İtaliyanın Berqamo şəhərində baş tutub.
Qolları 56-cı dəqiqədə Sandro Tonali və 80-ci dəqiqədə Moise Kean vurub.
Həlledici pley-off matçında İtaliya səfərdə Uels-Bosniya və Herseqovina matçının qalibi ilə oynayacaq.
Final martın 31-də keçiriləcək.