İspaniyada nadir hadisə: 70 yaşlı futbolçu oyuna çıxdı

İdman

05.05.2026 17:17

İspaniyanın aşağı liqalarında çıxış edən "Colunga CF" klubunun qapıçısı Anhel Mateos 70 yaşında meydana çıxaraq diqqətçəkən rekord müəyyənləşdirib.

TodayPress TV xəbər verir ki, veteran qolkiper çempionat oyununa start heyətində başlayıb və 27 dəqiqə meydanda olub.

Asturiya bölgəsinin ən yaşlı futbolçularından biri olan Mateos peşəkar karyerasını 43 yaşında başa vurmuşdu. Lakin klub rəhbərliyinin dəvətindən sonra yenidən yaşıl meydanlara qayıdıb.

Qapıçı hesab 0:1 olarkən əvəzlənib. Görüşün sonunda komandası 0:2 hesabı ilə məğlub olsa da, onun göstərdiyi əzm və qayıdışı futbol ictimaiyyətində böyük rəğbətlə qarşılanıb.

Namiq HUN

TodayPress TV

tag: Anhel Mateos,Colunga CF,Klub,70 yaş,Todaypress.tv,