İraolanın “Liverpul”dakı ilk addımları: Van Deykdən açıqlama
“Liverpul”un kapitanı Vircil van Deyk İraolanın rəhbərliyi altında çalışmağı dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Liverpul”un müdafiəçisi “Monako” ilə keçirilən yoxlama matçından (2:3) sonra yeni baş məşqçi Andoni İraola ilə işləmək barədə fikirlərini bölüşüb.
“İş prosesi əla gedir. Onun klubdakı ilk həftəsində çox yaxşı söhbətimiz oldu. Əsas odur ki, o başa düşsün – mən bunu ona artıq demişəm – nə olursa-olsun, işləməyə hazıram. Ümid edirəm ki, yeni mövsümdə uğur qazanacağıq. Bunun üçün çalışırıq.
Arne Slota və onun məşqçilər heyətinə qarşı deyə biləcəyim heç bir mənfi fikir yoxdur. Bu, çox yaxşı dövr idi, sadəcə ötən mövsüm bizim üçün o qədər də uğurlu alınmadı. İndi isə yeni məşqçimiz, yeni hazırlıq metodlarımız var və bütün bunlara uyğunlaşmalıyıq. Arnenin rəhbərliyi altında çalışmağı sevirdim və əminəm ki, yeni məşqçi ilə də işləməkdən zövq alacağam”, – deyə van Deyk bildirib.
Namiq HUN