İran milli komandası qərarlı: Dünya Çempionatı boykot olunmayacaq!
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, milli komanda Dünya Çempionatını ABŞ-lə bağlı gərginlik səbəbindən boykot etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “AI Jazeera” kanalı məlumat yayıb.
Tacın sözlərinə görə, milli komanda hazırda də təlim-məşq toplanışındadır. İran yığması, həmçinin toplantı çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.
O, Dünya Çempionatını yox, yalnız ABŞ-ni boykot edəcəklərini bildirib.
Qeyd edək ki, Tac daha əvvəl komandalarının ABŞ-dəkı oyunlarını Meksikaya köçürmək üzrə danışıqlar apardıqlarını açıqlayıb.
Futbol üzrə Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.
Namiq HUN